Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası müsabiqə elan edir
01.03.2021 11:53
  • A-
  • A
  • A+

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası müsabiqə elan edir

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər müəssisənin Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsi üzrə elmi işçi (1), Qoşa ulduzlar və eruptiv proseslər şöbəsi üzrə elmi işçi (1), kiçik elmi işçi (2), Qalaktikalar və ulduzəmələgəlmə prosesləri şöbəsi üzrə aparıcı elmi işçi (1), kiçik elmi işçi (2), Kosmik plazma və Heliogeofiziki  problemlər  şöbəsi üzrə böyük elmi işçi (1), Planetlər və kiçik səma cisimləri şöbəsi üzrə aparıcı elmi işçi (1) və Nəzəri Astrofizika və kosmologiya şöbəsi üzrə böyük elmi işçi (1) vəzifələrinədir.

Müsabiqədə elmi işçi vəzifələrinə “Astrofizika” (astrofizika ilə əlaqəli) ixtisası üzrə ali təhsili olan və elmi-tədqiqatlar aparan, aparıcı və böyük elmi işçi vəzifələrinə isə astronomiyanın müvafiq sahələri üzrə elmi dərəcəsi olan və son illərdə elmi nəticələri nüfuzlu jurnallarda dərc olunan şəxslər iştirak edə bilər. Tələb olunan sənədlərin siyahısı ilə bağlı daha ətraflı məlumat almaq üçün Şamaxı Astrofizika Rəsədxanasının rəsmi saytına keçid edə bilərsiniz.

Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində müəssisənin elmi katibliyinə təqdim edilməlidir.

Ünvan: AZ 5626, Şamaxı rayonu, Y.Məmmədəliyev qəsəbəsi

Tel.: (+994 20) 26 6 10 04; (+994 50) 640 04 71

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: