Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

NKPİ-nin əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc olunub
02.03.2021 14:50
  • A-
  • A
  • A+

NKPİ-nin əməkdaşlarının məqaləsi nüfuzlu jurnalda dərc olunub

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları – Hikmət İbrahimov, Sara Məlikli, Zenfira İbrahimova, Rəhim Babalı və Sevinc Ələskərovanın həmmüəllifi olduqları “Ni-γ-Al2O3 katalizatorunun iştirakı ilə təbii qazdan nanokarbonun alınması” adlı məqaləsi “Springer” dərgisinə daxil olan “Applied Petrochemical Research” jurnalında işıq üzü görüb.

Məqalədə zol-gel metodu ilə nano γ-Al2O3 sintez olunub, məsamələrinə hopdurma metodu ilə Ni(NO3)2 yerləşdirilib və CVD qurğusunda hidrogen axınında pirolizə uğratmaqla Ni-γ-Al2O3 alınıb. Müəlliflər tərəfindən qaz fazada kimyəvi çökdürmə üsulu ilə katalizatorun iştirakı əsasında (CVD-də) təbii qazın pirolizindən nanokarbon alınıb, müxtəlif parametrlərin prosesə təsiri tədqiq olunub. Müəyyən edilib ki, misin sabitləşdirici qatqı rolunu oynadığı katalitik sistem Ni-Cu/γ-Al2O3-ün istifadəsinin təbii qazın parçalanması zamanı karbon məhsulunun maksimum məhsuldarlığını artırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: