Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Seysmoloji Mərkəzin rəsmi “Telegram” kanalı istifadəyə verilib
03.03.2021 17:18
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzin rəsmi “Telegram” kanalı istifadəyə verilib

Martın 3-dən etibarən AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi “Telegram” kanalı (@seisaz) istifadəyə verilib.

Kanalda respublika ərazisində baş verən zəlzələlərə dair operativ xəbərlər, yeni seysmik stansiyaların quraşdırılması istiqamətində görülən işlər, eləcə də mərkəzdə keçirilən tədbir və görüşlərlə bağlı məlumatlar müntəzəm olaraq ictimaiyyətə çatdırılacaq. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcək.

Qeyd edək ki, Mərkəzin “Facebook” sosial şəbəkəsində eyni adlı rəsmi səhifəsi də fəaliyyət göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: