Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Qarabağın coğrafiyasına dair monoqrafiya nəşrə hazırlanır
07.03.2021 20:15
  • A-
  • A
  • A+

Qarabağın coğrafiyasına dair monoqrafiya nəşrə hazırlanır

AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclasda Qarabağın coğrafiyasına həsr edilmiş monoqrafiyanın nəşrə hazırlanması məsələsi müzakirə edilib və ilkin xəritəyə baxış keçirilib. Kitabın sahələr üzrə bölmələrinə məsul əməkdaşların ayrılıqda müzakirə keçirmələri qərara alınıb.

Sonra institutun Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə müəssisənin xanım əməkdaşlarını təbrik edib, coğrafiya elminin inkişafında xüsusi rolu olan qadın alimlərdən danışıb. Həmçinin institutun elmi və ictimai həyatında qadınların fəal rol oynadıqlarını diqqətə çatdırıb.

Tədbirin sonunda qadın əməkdaşlara hədiyyələr paylanılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: