Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Dilçilik İnstitutunda Beynəlxalq Qadınlar Günü qeyd olunub
07.03.2021 20:49
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunda Beynəlxalq Qadınlar Günü qeyd olunub

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə onlayn tədbir keçirilib.

Tədbiri müəssisənin direktoru, akademik Möhsün Nağısoylu açaraq institutun qadın əməkdaşlarını Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Akademik qeyd edib ki, Azərbaycan qadınları hər zaman öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı ilə seçilib.

İclasda digər çıxış edənlər şəhid analarına və xanımlarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarına, vətənimiz üçün layiqli övladlar böyüdən əsgər analarına ən xoş arzularını çatdırıblar.

Sonda müəssisənin bir qrup qadın əməkdaşı Fəxri fərman və Təşəkkürnamə ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: