www.science.az
26.01.2015 00:00

“Dədə Qorqud” jurnalının 50-ci nömrəsi çapdan çıxıb

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə “Dədə Qorqud” jurnalının 50-ci nömrəsi çapdan çıxıb. Topluda maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər, rəylər və digər materiallar yer alıb.

Nəşrdə folklorşünas alimlərin “Dədə Qorqud Kitabı”nda “oğul məhəbbəti” ideyasının bədii-estetik təcəssümü”, “Aşıq Qurbaninin şeirlərində müraciət formaları”, “Buta folklorumuzda və yazılı ədəbiyyatımızda”, “Əzizə Cəfərzadə və Azərbaycan qadın aşıqları”, “Uyğurların iyi çakçak (lətifə) sənəti və burada bəhs olunan mədəniyyət ünsürləri haqqında”, “Hənəfi Zeynallının arxivində Azərbaycan nağılları”, “Hüseyn Arifin yaradıcılığında “saz” obrazı”, “Qırmızı rəngin mərasimi mənasına dair”, “Bir daha qolça qopuz çalğı aləti haqqında” və digər məqalələri təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.