Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Nizaməddin Şəmsizadə. Biblioqrafiya” kitabı nəşr olunub
26.01.2015 00:00
  • A-
  • A
  • A+

“Nizaməddin Şəmsizadə. Biblioqrafiya” kitabı nəşr olunub

AMEA və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşəbbüsü ilə “Nizaməddin Şəmsizadə. Biblioqrafiya” kitabı nəşr olunub.

Azərbaycanın elm və mədəniyyət xadimləri seriyasından, “Elm” nəşriyyatı tərəfindən işıq üzü görən kitab dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadənin zəngin və mənalı yaradıcılıq yoluna işıq salır.

Biblioqrafiya N. Şəmsizadənin həyat və yaradıcılığını, 1978-2014-cü illər arasında çap olunmuş kitab, monoqrafiya, pedaqoji proqram, metodik vəsait, ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalələrini, müsahibələrini, elmi rəhbərliyi, rəsmi elmi opponentliyi haqqında məlumatları əhatə edir. Eyni zamanda, nəşrə elm və mədəniyyət xadimlərinin alim haqqında fikirləri də daxil edilib.

Kitabın tərtibçi-müəllifləri, filologiya üzrə fəlsəfə doktorları Əmin Əfəndiyev və Zakirə Əliyeva, redaktor və “Ön söz” müəllifi filologiya üzrə fəlsəfə doktoru Müşfiq Babayevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: