Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Mərkəzi Elmi Kitabxanasında tələbələr üçün təcrübə proqramına başlanılıb

AMEA Mərkəzi Elmi Kitabxanasında tələbələr üçün təcrübə proqramına başlanılıb

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) ərəb və fars dillərində bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələr üçün həftəlik təcrübə proqramına başlanılıb.

Bu proqram MEK-in Şərq ədəbiyyatı fondunun əməkdaşı Aysel Osmanovanın təşəbbüsü ilə Azərbaycan Ərəbşünaslar Şəbəkəsinin kitabxana ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Proqrama ölkənin bir sıra aparıcı ali məktəblərində təhsil alan, seçim turundan uğurla keçmiş 42 tələbə cəlb olunub.

Təcrübə müddətində tələbələr Şərq ədəbiyyatı fondunda ərəb və fars mənbələrinin sənədləşdirilməsi və arxivləşdirilməsi prosesini öyrənəcəklər. Onlar, eyni zamanda, MEK-in köçürülmə prosesində iştirak etməklə mənbələrin sənədləşdirilməsi və arxivləşdirilməsi işinə kömək göstərəcəklər.

Fevralın 6-dək davam edəcək proqramı uğurla başa vuran tələbələrə sertifikatlar veriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: