Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Lazerin ixtiraçısı, Nobel mükafatı laureatı Çarlz Tauns vəfat edib
29.01.2015 00:00
  • A-
  • A
  • A+

Lazerin ixtiraçısı, Nobel mükafatı laureatı Çarlz Tauns vəfat edib

Bu yaxınlarda fizika üzrə Nobel laureatı Çarlz Tauns 99 yaşında ABŞ-da vəfat edib.

Lenta.ru saytının məlumatına görə, xəbəri Berkli Kaliforniya Universitetinin saytı yayıb.

Xatırladaq ki, Ç.Tauns optika və kvant elektronikası sahəsində çalışıb. O, koherent mikrodalğalar saçan lazer — kvant generatorunun ixtiraçılarından biri olub. 1964-cü ildə Sovet alimləri Nikolay Basov və Aleksandr Proxorov ilə birgə fizika sahəsi üzrə “lazer-mazer prinsipi əsasında generatorlar və gücləndiricilərin yaranmasına gətirib çıxaran kvant elektronikası sahəsində aparılan fundamental işlər”-ə görə Nobel mükafatı laureatı adını qazanıb.

Alim 1961-1966-cı illərdə Massaçusets Texnologiya İnstitutunun (Massachusetts Institute of Technology – MIT) prezidenti olub, 1967-ci ildə Berkli Kaliforniya Universitetində işləyib. O, Amerika Fiziki Cəmiyyətinin üzvü olub və 1994-cü ildə Rusiya Elmlər Akademiyasının xarici üzvü seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
  • Paylaş: