Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA Eroziya və Suvarma İnstitutunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
29.01.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Eroziya və Suvarma İnstitutunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb

AMEA Eroziya və Suvarma İnstitutunda məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqə professor Kazım Ələkbərovun 105 illiyi münasibəti ilə təşkil olunub.

İnstitutun direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Seymur Səfərli eroziya sahəsində bacarıqlı mütəxəssis kimi tanınan Kazım Ələkbərovun həyat və fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, 20 il eroziya bölməsinə rəhbərlik etmiş K.Ələkbərovun torpaqşünaslıq və torpaq eroziyası elmi qarşısındakı xidmətləri danılmazdır.

Sonra AMEA Gənc alim və mütəxəssislər şurasının sədri, fizika elmləri üzrə fəlsəfə doktoru Famin Salmanov çıxış edərək gənclərin müsabiqələrdə fəal iştirak etməklərini dəstəkləyib. Təşkil olunan məqalə müsabiqəsini gənclərə olan diqqət və qayğının təzahürü kimi dəyərləndirən F.Salmanov bu cür addımların gənclərin nailiyyətlərinin qiymətləndirilməsi, onların elmi fəaliyyətlərinin stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Eroziya və Suvarma İnstitunun Gənc alim və mütəxəssislər şurasının sədri, aqrar elmlər üzrə fəlsəfə doktoru İzzət Talıbov çıxışında müsabiqəyə təqdim olunmuş məqalələrin obyektiv şəkildə qiymətləndirildiyini, bunun üçün xüsusi komissiyanın yaradıldığını qeyd edib.

Gənc alim və mütəxəssislər şurasının monitorinq rəhbəri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev AMEA institutlarında gənclər üçün yaradılmış şəraitlə yaxından tanış olmaq, onların problemlərini, təkliflərini dinləmək və həllinə nail olmaq üçün monitorinqlərin keçirildiyini bildirib. O, gənclərin elmi təfəkkür səviyyəsinin yüksəldilməsi yönündə yaradılan geniş imkanlardan danışıb.

Daha sonra müsabiqəyə təqdim olunan məqalələr qiymətləndirilib. İnstitutun doktorantları Günay Məmmədova birinci, Teymur Hacıyev ikinci, aqrar elmlər üzrə fəlsəfə doktoru Fuad Səlimov isə üçüncü yerə layiq görülüblər. Qaliblər diplom ilə mükafatlandırılıblar.

Sonda institutun direktoru tərəfindən aqrar elmlər üzrə fəlsəfə doktoru İzzət Talıbov, doktorantlar Nuridə Nəbiyeva və Anar Müzəffərov 2014-cü ildə göstərdikləri elmi-ictimai fəaliyyətlərinə görə həvəsləndirici fəxri fərmanla təltif ediliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: