www.science.az
30.03.2021 09:09
Dilçilik İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. Vakant yerlər müəssisənin Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi və Azərbaycan dilinin tarixi şöbəsinin aparıcı elmi işçisi vəzifəsinin hər birinə 1 yerdir.
Müsabiqədə filologiya üzrə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.
Ünvan: AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 117 (V mərtəbə)
Tel.: (+994 12) 5372088
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.















