Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azyaşlıların internetdə təhlükəsizliyi
02.04.2021 11:16
  • A-
  • A
  • A+

Azyaşlıların internetdə təhlükəsizliyi

Hazırda Azərbaycanda 8 milyondan çox internet istifadəçisi var. Onların çox hissəsi uşaqlar, yeniyetmələr və gənclərdir. Uşaqların internet təhlükəsizliyi mövzusunda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidir.

Lakin xüsusilə qeyd etməliyik ki, bu sahədə ən böyük məsuliyyət valideynlərin, eyni zamanda internet xidməti provayderləri, təhsil qurumları və s. üzərinə düşür.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Rasim Mahmudovun sözlərinə görə, sürətli və sərhədsiz əlçatanlıq sayəsində həyatı əhəmiyyətli dərəcədə asanlaşdıran internet, uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsi olsa da burada onlar üçün bəzi təhlükələr də mövcuddur.

Daha ətraflı Elm TV-nin hazırladığı reportajdan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: