Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən müsabiqə keçiriləcək
05.04.2021 16:11
  • A-
  • A
  • A+

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən müsabiqə keçiriləcək

AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası bu müəssisənin gənc alim, doktorant, dissertant və magistrantları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən "Ən yaxşı elmi məruzə" adlı müsabiqə elan edir.

5 aprel-5 may 2021-ci il tarixlərini əhatə edən müsabiqədə iştirakçılar son bir ildə apardıqları elmi tədqiqatların ən mühüm nəticələri ilə bağlı təqdimat hazırlayıb ekspertlər qarşısında məruzə ilə çıxış edəcəklər.

Ekspert Komisiyasının yekun rəyi əsasında I, II və III yerlər üzrə qaliblər seçiləcək, onlara diplom və pul mükafatları təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: