Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 2015-ci il üçün iş proqramı təsdiq edilib
02.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun 2015-ci il üçün iş proqramı təsdiq edilib

AMEA akad. M. Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.

Bu elmi müəssisənin direktoru, akademik Dilqəm Tağıyevin sədrliyi ilə keçirilən iclasda Şura üzvləri tərəfindən institutun 2015-ci il üçün iş proqramı təsdiq edilib.

Gündəlikdəki məsələlər haqqında məlumat verən akademik Dilqəm Tağıyev institut əməkdaşlarının qarşısında duran vəzifələrdən danışıb. Avropanın elmi mərkəzləri ilə birgə tədqiqat işlərinin aparılması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və beynəlxalq laboratoriyaların yaradılmasının zəruriliyi qeyd edilib.

Tədbirdə, həmçinin institutda fəaliyyət göstərən doktorantların ixtisasları üzrə attestasiyalarının keçiriləcəyi vaxt elan olunub. Doktorantlar 06,09,10 fevral 2015-ci il tarixlərində qeyri-üzvi, kimyəvi kinetika və kataliz və digər ixtisaslar üzrə attestasiyadan keçiriləcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: