Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Radiasiya Problemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib
07.04.2021 12:24
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi şurasının növbəti iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən RPİ-nin direktoru vəzifəsini icra edən, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırırb.

Əvvəlcə Radiasiya Problemləri İnstitutu üzrə doktorantura və dissertanturaya keçirilmiş qəbul imtahanlarının nəticələri haqqında məsələyə baxılıb, onların elmi rəhbərləri və mövzuları geniş müzakirə olunub.

Daha sonra RPİ üzrə təhsil müddəti bitmiş doktorant və dissertantların mövzuları, həmçinin müəssisənin “Radiation researches” jurnalının 2021-ci ilin birinci nömrəsinin məqalə təminatı haqqındakı məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: