Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Soyqırımı xalq yaddaşında” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək
03.02.2015 00:00
  • A-
  • A
  • A+

“Soyqırımı xalq yaddaşında” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək

2 mart 2015-ci il tarixdə saat 11:00-da AMEA “Azərbaycanlılara qarşı soyqırımların tədqiqi” komissiyasının və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “Soyqırımı xalq yaddaşında” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda “1905-ci il soyqırımları xalq yaddaşında və tarixi qaynaqlarda”, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və erməni-türk qarşıdurmaları”, “Erməni-Osmanlı münasibətləri və soyqırım məsələləri”, “Urmiya və Salmasda erməni quldurlarının törətdiyi qətliamlar”, “Sumqayıt hadisələri”, “Qarabağ müharibəsi və soyqırımlar”, “Xocalı”. və s. mövzularda məruzələr dinləniləcək.

Ünvan: Bakı şəhəri, H.Cavid pros. 115, AMEA-nın Əsas binası.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: