Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib
16.04.2021 12:05
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Nəcəf Müseyibli açaraq şura üzvlərini tədbirin gündəliyi ilə tanış edib.

Tədbirdə əvvəlcə tarix elmləri doktoru, professor Məmmədəli Hüseynovun 100 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfransın keçirilməsi məsələsi müzakirə edilib. Mövzu üzrə tarix elmləri doktorları Hidayət Cəfərov və Qafar Cəbiyev çıxış edərək təkliflərini səsləndiriblər.

Elmi şuranın gündəliyindəki digər məsələ “Qarabağın arxeoloji və etnomədəni irsi: tarix və gələcəyə baxış” mövzusunda elmi konfransın keçirilməsi barədə olub. N.Müseyibli bildirib ki, konfransın may ayının sonunadək keçirilməsi planlaşdırılır. Alim, həmçinin qeyd edib ki, bundan sonra hər il institutun təşəbbüsü və təşkilatçılığı ilə Qarabağdakı abidələr, bölgənin tarixi-etnoqrafik tədqiqatları mövzusunda konfranslar təşkil olunacaq.

Elmi şuranın gündəliyindəki digər məsələ isə 2021-ci ildə müəssisəyə qəbul olunan doktorant və dissertantların mövzularının müzakirəsi olub.

Sonda iclasda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: