Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA-da yeni yeməkxana istifadəyə verilib

AMEA-da yeni yeməkxana istifadəyə verilib

AMEA prezidenti, akademik Akif Əlizadənin təşəbbüsü ilə akademiyanın balansına aid inzibati binada yeni yeməkxana istifadəyə verilib. Əsaslı şəkildə təmir olunmuş 80 nəfərlik yeməkxana ən müasir mətbəx avadanlıqları ilə təmin edilib. Yeməklər nahar fasiləsi zamanı sifariş əsasında təqdim olunur.

Qeyd edək ki, AMEA Rəyasət Heyəti Aparatının, eləcə də akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün nəzərdə tutulmuş yeməkxananın açılış mərasimində akademik Akif Əlizadə də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: