Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

YT Park və Təcrübə-Sənaye Zavodunun əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət ediblər
17.04.2021 13:12
  • A-
  • A
  • A+

YT Park və Təcrübə-Sənaye Zavodunun əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət ediblər

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) və onun rezidenti olan Təcrübə-Sənaye Zavodunun əməkdaşları Hərbi Qənimətlər Parkını ziyarət ediblər. Onlar 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşməndən əldə etdiyimiz hərbi qənimətlərlə yaxından tanış olublar.

Əməkdaşlar açıq səma altında salınan parkda nümayiş olunan atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlarla tanış olaraq müxtəlif xatirə fotoları çəkdiriblər. Vurğulanıb ki, gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində böyük önəm kəsb edən Hərbi Qənimətlər Parkı Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək qazandığımız tarixi qələbənin əsəri, ordumuzun güc və qüdrətinin əyani təzahürüdür. İkinci Qarabağ müharibəsinin real nəticələri ilə daha yaxından tanış olmaq imkanı verən bu park gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə şərait yaradacaq.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: