www.science.az
21.04.2021 11:57

Radiasiya Problemləri İnstitutunun Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi şurasının növbəti iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən RPİ-nin baş direktoru vəzifəsini icra edən, AMEA-nın akademik-katibi, akademik Adil Qəribov gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə AR Əqli Mülkiyyət Agentliyi tabeliyində “Texnologiyaların Kommersiyalaşdırılması və Transfer Mərkəzi”nin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 6 aprel 2021-ci il tarixli Fərmanı, həmçinin AMEA-nın elmi müəssisə və təşkilatlarında baş direktor, icraçı direktor, Təchizat və xidmət şöbəsinin müdiri və menecer vəzifələrinin əməkhaqlarının tənzimlənməsi, RPİ-nin 2021-ci il üzrə iqtisadi təsnifatı və institutun Elmi şurasının yeni tərkibi haqqındakı məsələlər müzakirə edilib.

Daha sonra iclasda müəssisənin Ətraf mühitin radiasiya kimyası laboratoriyasının rəhbəri, professor Müslüm Qurbanovun 70 illik yubileyi ilə əlaqədar olaraq mükafata təqdim edilməsi haqqında məsələyə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.