AMEA-nın Radiasiya Problemləri İnstitutunun Heterogen proseslərin radiasiya kimyası laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Teymur Ağayev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatında (BMT) akkreditasiya olunmuş sözügedən Beynəlxalq Akademiyanın həqiqi üzvü seçilən T.Ağayev bu uğura hidrogen energetikası və nüvə təhlükəsizliyi sahəsində apardığı elmi tədqiqatlarda əldə etdiyi nəticələrə görə layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.