Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Memarlıq və İncəsənət İnstitutu müsabiqə elan edir
22.04.2021 13:04
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutu müsabiqə elan edir

AMEA-nın Memarlıq və İncəsənət İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir.

Vakant yerlər müəssisənin Şəhərsalma şöbəsinin aparıcı elmi işçisi (1 yer), Memarlıq abidələrinin qorunması və bərpa problemləri şöbəsinin aparıcı elmi işçisi (1 yer), Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi (2 yer), böyük elmi işçisi (1 yer), Muğamşünaslıq şöbəsinin böyük elmi işçisi (1 yer), Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi (1 yer), İncəsənətin qarşılıqlı əlaqələri şöbəsinin aparıcı elmi işçisi (1 yer), böyük elmi işçisi (1 yer), Qafqaz Albaniyası incəsənəti və memarlığı şöbəsinin aparıcı elmi işçisi (1 yer), böyük elmi işçisi (1 yer) və Təsviri, dekorativ-tətbiqi sənətlər və heraldika şöbəsinin aparıcı elmi işçisi (1 yer) vəzifələrinədir.

Tələb olunan sənədlərlə buradan tanış ola bilərsiniz. Sənədlər 12 may 2021-ci il tarixinə qədər qəbul edilir.

Ünvan: AZ 1143, Bakı şəh., H.Cavid prospekti, 115

Tel.: (+994 12) 539 35 39

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: