Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gənc alimlər Hərbi Qənimətlər Parkında olublar
23.04.2021 10:18
  • A-
  • A
  • A+

Gənc alimlər Hərbi Qənimətlər Parkında olublar

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının əməkdaşları Hərbi Qənimətlər Parkında olublar.

Gənc alimlər 44 günlük Vətən müharibəsi dönəmində müzəffər ordumuzun düşməndən qənimət götürdüyü texnika, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlarla tanış olublar.

Parkdakı eksponatların arasında Azərbaycan Silahlı Qüvvələrinin azad olunan ərazilərdə qənimət götürdüyü 2 mindən çox avtomobilin nömrə nişanları, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərin məruz qaldığı raket zərbələrinin qalıqları var.

Qeyd edək ki, Hərbi Qənimətlər Parkında İkinci Qarabağ müharibəsi zamanı qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: