Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycan dilinə tərcümə edilmiş “Məsnəvi” kitabı Türkiyədə çapdan çıxıb
06.02.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycan dilinə tərcümə edilmiş “Məsnəvi” kitabı Türkiyədə çapdan çıxıb

Türk dünyasının böyük mütəfəkkiri Mövlana Cəlaləddin Ruminin “Məsnəvi” kitabı Azərbaycan dilinə tərcümə olunub.

Bütün türk-islam əxlaqı və düşüncəsini özündə əks etdirən “Məsnəvi” üçcildliyi türkiyəli alim, professor Adnan Qaraismayıloğlunun orijinaldan tərcüməsi əsasında AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev tərəfindən Azərbaycan dilinə çevrilərək nəşr edilib.

Naxçıvanda “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxmış kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təşəbbüsü və məsləhətçiliyi ilə nəşr olunub.

Sözügedən tərcümə əsəri - Mövlana Ruminin “Məsnəvi”sinin Azərbaycan dilində variantı növbəti dəfə 6 cilddə nəfis tərtibatla Türkiyədə çap edilib. Nəşrin təşəbbüsçüsü və hamisi Türkiyə Cümhuriyyəti Konya Böyük Şəhər Bələdiyyəsinin rəhbəri Tahir Akyürəkdir.

Mövlananın həyatı və irsi haqqında yığcam, lakin dolğun məzmunlu məlumatların daxil edildiyi əsər bütün bölmələri ilə insanlığa əxlaq və mənəviyyat həqiqətinin işığını tutur.

Kitabın redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: