Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Fizika İnstitutunda növbəti seminar keçirilib
05.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Fizika İnstitutunda növbəti seminar keçirilib

AMEA Fizika İnstitutunda “İntermetal və metal amorf nanoərintilərin struktur-xassə əlaqələrinin modelləşdirilməsi, nəzəri metodlarla hesablanması, mexaniki nanoərintiləmə metodu ilə sintezi və xarakterizə olunması” mövzusunda seminar keçirilib.

Məruzəni İslam Dünyası Elmlər Akademiyasının həqiqi üzvü, Türkiyə Orta Doğu Texniki Universitetinin Metallurgiya və Materiallar Mühəndisliyi Departamentinin professoru, Yüksək Texnologiyalı Materialların dizaynı və inkişaf etdirilməsi laboratoriyasının müdiri, fizika üzrə elmlər doktoru Həmdulla Mehrabov təqdim edib.

Mövzunun aktuallığını diqqətə çatdıran H.Mehrabov rəhbərlik etdiyi laboratoriyada görülən işlərdən, həyata keçirilən layihələrdən söz açıb, Türkiyədə qrantların verilmə qaydaları, elmi layihələrin yerinə yetirilməsi prinsipləri ilə bağlı məlumat verib. 

Seminarda nanomaterialların sintez edilməsi metodları, tətbiq sahələri, hazırkı imkanlar, problemlər barədə də danışılıb. 

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: