Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Ramiz Məmmədovun 65 illik yubileyi qeyd edildi
05.02.2015 00:00
  • A-
  • A
  • A+

Akademik Ramiz Məmmədovun 65 illik yubileyi qeyd edildi

AMEA Coğrafiya İnstitutunda görkəmli coğrafiyaşünas alim, bu elmi müəssisənin direktoru, akademik Ramiz Məmmədovun anadan olmasının 65, elmi fəaliyyətinin 45 illik yubileyinə həsr olunmuş Elmi Şuranın xüsusi iclası keçirildi.

İclasa sədrlik edən institutun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə alimin şərəfli həyat yolundan, zəngin elmi yaradıcılığından söhbət açdı. Bildirdi ki, 300 elmi məqalə, 11 monoqrafiya, 1 coğrafi atlas və 20-ə yaxın beynəlxalq elmi layihənin müəllifi olan akademik Ramiz Məmmədov Azərbaycanda və beynəlxalq miqyasda Xəzər dənizinin öyrənilməsi üzrə tanınmış alimdir. E.Əlizadə qeyd etdi ki, akademikin çoxcəhətli tədqiqatları coğrafiya elminin müxtəlif istiqamətlərini - Xəzər dənizi, okeanologiya, ekologiya, səhralaşma, landşaft planlaşdırılması və s. əhatə edir. Kür-Araz hövzəsinin transsərhəd su problemləri, ətraf mühitin mühafizəsi də alimin əsas tədqiqat istiqamətlərindəndir. 

Sonra çıxış edən Bakı Dövlət Universitetinin (BDU) İqtisadi və sosial coğrafiya kafedrasının müdiri, professor Tapdıq Həsənov akademikin həyat yolunun gənc coğrafiyaçılar üçün örnək olduğunu diqqətə çatdırdı.

BDU-nun professoru Neron Babaxanov çıxışında akademik R.Məmmədovla birlikdə ekspedisiya zamanı onu coğrafiyaçı-tədqiqatçı alim kimi yenidən kəşf etdiyini bildirdi.

Tədbirdə çıxış edən akademik Hətəm Quliyev, AMEA Geologiya və Geofizika İnstitutunun direktor müavini, g.-m.e.d. Dadaş Hüseynov, BDU-nun Coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov və başqaları alimi 65 illik yubileyi münasibətilə təbrik edərək yubilyarın Azərbaycanın coğrafiya elminin inkişafındakı xidmətlərindən, şərəfli ömür yolundan, rəhbər kimi müsbət cəhətlərindən söhbət açdılar, nəcib insani keyfiyyətlərə malik ziyalı olduğunu bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: