Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Türkiyəli qonaqlar AMEA Folklor İnstitutunda olublar
10.02.2015 00:00
  • A-
  • A
  • A+

Türkiyəli qonaqlar AMEA Folklor İnstitutunda olublar

Türkiyə Elmi və Ədəbi Əsər Sahiblərinin Məslək Birliyinin (İLESAM-ın) sədri Mehmet Nuri Parmaksız, İLESAM-ın sədr müavini İlter Yeşilay və Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri Seyid Əhməd Arslan AMEA Folklor İnstitutunda olublar.

Qonaqları salamlayan institutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) rəhbərlik etdiyi elmi müəsisənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, İLESAM-la əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Folklor İnstitutunda Türk xalqları folkloru şöbəsinin fəaliyyət göstərdiyini söyləyən M.İmanov sözügedən şöbə ilə əməkdaşlıq əlaqələrinin qurulmasının zəruriliyini vurğulayıb.

Görüşdə dastan yaradıcılığı sahəsində qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub, iki müəssisə arasında əməkdaşlığa dair müqavilənin imzalanması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: