Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA Şamaxı Astrofizika Rəsədxanasında “Ay fazaları və təqvim hadisələri” mövzusunda tədbir keçirilib
13.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Şamaxı Astrofizika Rəsədxanasında “Ay fazaları və təqvim hadisələri” mövzusunda tədbir keçirilib

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Ay fazaları və təqvim hadisələri” mövzusunda regional elmi seminar keçirilib.

Qafqaz Müsəlmanları İdarəsi və İran İslam Respublikası Tehran Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə çıxış edən rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Fuad Nurullah, Tehran Universiteti Geofizika İnstitutunun rəhbəri, doktor Fərhəng Əhmədi və başqaları seminarın əhəmiyyətindən danışaraq, onun işinə uğurlar arzulayıblar.

İki gün davam edən seminarda “Şamaxı Astrofizika Rəsədxanasının 60 illik fəaliyyətinə qısa baxış”, “Ay fazaları ilə bağlı Azərbaycan təqvimlərinin tərtibi”, “Yeni Ayın görünməsinin meyarları”, “Şəri vaxtların müşahidə aspektləri”, “Şəri vaxtlarının və Yeni Ayın hesablanmasının metodları və proqramları” mövzularında məruzələr dinlənilib.

Məruzələrdə dini bayram və mərasimlərin dəqiq tarixinin, vaxtlarının təyin olunmasının vacibliyi vurğulanıb. Mövzular ətrafında geniş müzakirələr aparılıb.

Sonra tədbir iştirakçıları rəsədxananın 2-m teleskopu və müşahidələr zamanı istifadə edilən cihaz və avadanlıqla tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: