Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə Üzeyir Hacıbəyliyə məxsus yeni materiallar təhvil verilib
13.02.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Milli Azərbaycan Tarixi Muzeyinə Üzeyir Hacıbəyliyə məxsus yeni materiallar təhvil verilib

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr fonduna dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin öz əli ilə qələmə aldığı nadir not yazıları təhvil verilib.

Not yazıları Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 10 illiyi münasibətilə 1930-cu ildə yaradılmış “Himn” və 1934-cü ildə böyük İran şairi Firdovsinin anadan olmasının 1000 illiyi ərəfəsində ərsəyə gəlmiş “Kantata” əsərləridir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: