Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Xocalısız” mövzusunda anım tədbiri keçiriləcək
20.02.2015 00:00
  • A-
  • A
  • A+

“Xocalısız” mövzusunda anım tədbiri keçiriləcək

Fevralın 25-də saat 16:00-da AMEA Milli Azərbaycan Tarixi Muzeyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “İçərişəhər” tarixi muzeyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş “Xocalısız” mövzusunda anım tədbiri keçiriləcək.

Milli Azərbaycan Tarixi Muzeyində təşkil olunacaq anım mərasiminə alimlər, muzey işçiləri, tədqiqatçılar, Azərbaycan Dövlət Dəniz Akademiyasının kursant və müəllimləri, Ombudsman təşkilatı nəzdində Azərbaycan Uşaq və Gənclərin sülh şəbəkəsinin üzvləri və KİV nümayəndələri iştirak edəcəklər.

Tədbir çərçivəsində “İçərişəhər” tarixi muzeyi tərəfindən hazırlanmış stendlərdə Xocalı faciəsini əks etdirən fotolar nümayiş etdiriləcək.

Tədbirin sonunda Ombudsman - Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Xocalı faciəsi ilə bağlı bəyanatı səsləndiriləcək, elecə də “İrs” beynəlxalq jurnalının müvafiq nömrələri iştirakçılara paylanılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: