İstanbulda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin sədri, şair Hikmət Elp AMEA Hüseyn Cavidin Ev Muzeyində olub.
Görüşdə bu elm müəssisəsinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı qonağa muzeyin ekspozisiyası və yeni nəşrləri barədə ətraflı məlumat verib.
Hüseyn Cavidin yaradıcılığına böyük maraq göstərdiyini söyləyən Hikmet Elp görkəmli ədibin irsinin Türkiyədə təbliği istiqamətində görülən işlərdən söz açıb.
H.Elp Azərbaycan-Türkiyə mədəni əlaqələrini özündə əks etdirən “Serhat Kültür” jurnalını muzeyə hədiyyə edib. G.Babaxanlı isə qonağa “Hüseyn Cavid Əsərləri” 5 cilddə külliyatını təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.