Martın 26-sı saat 11:00-da yaponiyalı qafqazşünas alim Keisuke Vakizaka “Xocalı soyqırımı nə üçün 2008-ci ildə gündəmə gəlib? Azərbaycan-Ermənistan-Rusiya-Türkiyə əlaqələri üzərinə bir qiymətləndirmə” mövzusunda məruzə ilə çıxış edəcək. AMEA Folklor İnstitutu ilə sıx əməkdaşlıq edən alimin məruzəsi institut əməkdaşlarına “Skype” proqramı vasitəsilə təqdim olunacaq.
Xatırladaq ki, K.Vakizaka “1864-cü il Qafqaz köçü: savaş və sürgün”, “Türkiyədəki Qafqaz topluluqları və dəyişən Qafqaz”, “Orta Asiyada dövlət inşası və dövlət-diaspora münasibətləri: qazaxlar və özbəklər”, “1988-ci il Ermənistandan azərbaycanlıların sürgününün Ermənistanın ictimai və iqtisadi quruluşuna təsiri” və “Ermənistanın dövlət quruculuğunda Qarabağ məsələsinin yeri” kimi əsərlərin müəllifidir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.