Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir
24.02.2015 00:00
  • A-
  • A
  • A+

Xocalı soyqırımına ilk dəfə hüquqi-siyasi qiymət ümummilli liderimiz Heydər Əliyev tərəfindən verilmişdir

AMEA Elmi İnnovasiyalar Mərkəzində Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı tədbir keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi yad olunub.

Tədbirdə mərkəzin direktoru, hüquq üzrə fəlsəfə doktoru Azər Namazov məkrli erməni qəddarlığından danışıb. Bildirib ki, düşmənin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı qan yaddaşımızdan heç zaman silinməyəcək. O gecə Xocalıda günahsız insanlar - qadınlar, uşaqlar, qocalar, gənclər xüsusi amansızlıqla qanlarına qəltan ediliblər.

Xocalı qırğınının bütün insanlığa qarşı törədildiyini bildirən mərkəz direktoru bu dəhşətli cinayətə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymətin verildiyini diqqətə çatdırıb.

Sonra çıxış edən professor Tərbiz Əliyev bildirib ki, bu qanlı hadisələrdən 23 il keçməsinə baxmayaraq, xalqımız Xocalı soyqırımını ürək ağrısı ilə xatırlayır, faciəni törədənlərə öz dərin nifrətini bildirir.

T.Əliyev kütləvi terror hadisələrini törədən cinayətkarların layiqli cəzalarına çatacaqlarına inandığını qeyd edərək, Xocalı soyqırımının Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: