Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Genetik Ehtiyatlar İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
25.02.2015 00:00
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

AMEA Genetik Ehtiyatlar İnstitutunda Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov XX əsrin ən böyük faciəsi olan Xocalı qırğınının təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş soyqırımı olduğunu bildirib. Qeyd edib ki, 1992- ci il fevralın 26-da Ermənistan silahlı birləşmələri keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının hərbçiləri ilə birgə Dağlıq Qarabağın Xocalı şəhərini yerlə-yeksan etmiş, dinc sakinləri məhv edərək insanlığa sığmaz soyqırımı aktları törətmişlər.

Tədbirdə Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğundan, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışılıb.

Sonda Xocalı faciəsinin dəhşətlərini əks etdirən videoçarx nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: