Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanlı mikrobioloq alim Türkmənistanda keçirilmiş Beynəlxalq konfransda iştirak edib
25.11.2013 00:00
  • A-
  • A
  • A+

Azərbaycanlı mikrobioloq alim Türkmənistanda keçirilmiş Beynəlxalq konfransda iştirak edib

Ötən həftə Türkmənbaşı şəhərində “Türkmənistanda biotexnologiyanın inkişaf yolları” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.

Dünyanın 38 ölkəsindən alim və mütəxəssislərin iştirak etdiyi tədbirdə ölkəmizi AMEA Mikrobiologiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov təmsil etmişdir. “Aqrar sektorda əmələ gələn bitki tullantılarının kompleks istifadəsi” mövzusunda məruzə ilə çıxış edən alim bitki tullantılarının praktiki tələbat baxımından effektiv utilizasiyası ilə bağlı açıqlama vermişdir. Metod və yanaşmalar haqda ətraflı məlumat verən P.Muradov bu istiqamətdə Mikrobiologiya İnstitutunda yeni metod və yanaşmaların işlənib hazırlandığını, mühüm elmi nəticələrin əldə olunduğunu bildirmişdir.

Azərbaycanlı alimin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmış, mövzu ətrafında müzakirələr aparılmışdır.

Səfər çərçivəsində Pənah Muradov konfrans nümayəndələrinin iştirakı ilə keçirilən və Türkmənistan televiziyası ilə yayımlanan dəyirmi masalarda da iştirak etmişdir. O, biotexnologiya sahəsində müxtəlif elmi mərkəzlərlə, o cümlədən Türkmənistan Respublikası EA-nın müvafiq bölmələri ilə əməkdaşlığa dair fikir mübadiləsi aparmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: