www.science.az
26.02.2015 00:00

“Əlilliyi olan uşaqların inklüziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu” kitabının təqdimatı keçiriləcək

27 fevral 2015-ci il tarixdə saat 11:00-da AMEA İnsan Hüquqları İnstitutunda “Əlilliyi olan uşaqların inklüziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu” adlı kitabın təqdimat mərasimi keçiriləcək.

Qeyd edək ki, kitab “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Əlil uşaqların xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilinin keyfiyyətinə ictimai nəzarət” adlı layihə çərçivəsində nəşr edilib.

Ünvan: Bakı ş., H.Cavid pr., 31

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.