www.science.az
03.03.2015 00:00

2015-2016-cı illər üzrə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Təqaüd Proqramı elan edilir

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) Azərbaycan Respublikasındakı Nümayəndəliyi 31 iyul 2015-ci il tarixindən 29 iyul 2016-cı il (12 ay) tarixinədək Koreyanın SunKyunKwan Universitetində təşkil olunacaq Magistratura üzrə təqaüd proqramı elan edir.

Sözügedən proqram haqqında ətraflı məlumatı və ərizə formalarını (KOİCA)-nın rəsmi saytından (www.training.koica.go.kr, www.koica.go.kr) əldə etmək olar.

Qeyd edək ki, proqramda iştirak etmək istəyən AMEA-nın elmi müəssisə və digər təşkilatlarının əməkdaşları təqdim olunmuş ərizə formalarını və digər lazımi sənədləri 16 mart 2015-ci il tarixinədək AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinə təqdim etməlidirlər.

Təqaüd proqramı ilə bağlı əlavə məlumat almaq üçün AMEA-nın Elm və Təhsil İdarəsinə müraciət etmək olar.

Əlaqə telefonu: (012) 492-84-48; e-mail: eti.amea@box.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.