Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Abel Məhərrəmov Moskva Dövlət Universitetinin fəxri professoru seçilib
16.04.2015 00:00
  • A-
  • A
  • A+

Akademik Abel Məhərrəmov Moskva Dövlət Universitetinin fəxri professoru seçilib

Sankt-Peterburq Dövlət İqtisad Universitetində 150-dək üzvü olan Avrasiya Universitetlər Assosiasiyasının (AUA) XIII qurultayı keçirilib.

100-dən çox universitet rektorunun qatıldığı tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmovun başçılıq etdiyi nümayəndə heyəti də iştirak edib.

Qurultayda AUA-nın prezidenti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) rektoru, akademik Viktor Sadovniçinin “Avrasiya Universitetləri Assosiasiyasının müasir mərhələdə fəaliyyəti və inkişaf proqramı haqqında” məruzəsi dinlənilib.

Plenar iclasda BDU-nun rektoru, akademik A.Məhərrəmov “Avrasiya Universitetləri Assosiasiyası çərçivəsində inteqrasiya proseslərinin yeni üfüqləri” mövzusunda məruzə ilə çıxış edib.

Qurultayda təşkilati məsələlər də müzakirə olunub. Akademik V.Sadovniçi yenidən Avrasiya Universitetlər Assosiasiyasının prezidenti, akademik A.Məhərrəmov isə vitse-prezidenti seçilib.

Tədbirdə BDU-nun rektoru, akademik A.Məhərrəmova M.V.Lomonosov adına Moskva Dövlət Universiteti elmi şurasının qərarı ilə “Fundamental və tətbiqi elmlərin inkişafında böyük xidmətlərinə və Moskva Dövlət Universiteti ilə çoxillik səmərəli fəaliyyətinə görə” bu ali məktəbin fəxri professoru diplomu və medalı təqdim olunub.

BDU-nun rektoru, akademik A.Məhərrəmov indiyədək Türkiyə, Rumıniya, Qazaxıstan, Ukrayna, Albaniya, Çin Xalq Respublikası, Yaponiya, Gürcüstan və digər ölkələrin universitet və akademiyalarının fəxri doktoru və professoru adına layiq görülüb.

"Azərbaycan" qəzeti

  • Paylaş: