www.science.az
05.03.2015 00:00

Akademik Mustafa Topçubaşovun 120 illik yubileyi qeyd ediləcək

Cari il avqustun 5-də Azərbaycanda tibb elminin inkişafında mühüm xidmətləri olan görkəmli alim, ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının təsisçilərindən biri, tibb üzrə elmlər doktoru, AMEA-nın həqiqi üzvü, professor, SSRİ Dövlət Mükafatı laureatı Mustafa Topçubaşovun anadan olmasının 120 ili tamam olur.

Mustafa Topçubaşovun tibb elminin və respublikada səhiyyənin inkişafında xidmətlərini nəzərə alaraq alimin anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley yığıncağı və respublika elmi-praktiki konfransı keçiriləcək. Bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında verilib. AMEA Biologiya və Tibb Elmləri Bölməsinə tapşırılıb ki, respublika dövri mətbuatında, “AMEA-nın Xəbərləri” jurnalında, “Elm” qəzetində alimin həyatı, elmi, ictimai və həkimlik fəaliyyətini əks etdirən məqalələr dərc olunsun.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.