Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

05.03.2015 00:00
  • A-
  • A
  • A+

Nərgiz Qəhrəmanova Elektron informasiya şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib

Nərgiz Qəhrəmanova Elektron informasiya şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib

Nərgiz Qəhrəmanova AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib. Bu haqda qərar AMEA Rəyasət Heyətinin 4 mart 2015-ci il tarixli iclasında qəbul olunub.

Qeyd edək ki, 6 ildən çoxdur AMEA-nın www.science.az veb-portalının istismarı ilə məşğul olan N.Qəhrəmanovanın akademiyanın və bütövlükdə respublikanın elmi-ictimai həyatında baş verən yeniliklər - müxtəlif seminar, elmi və elmi-texniki konfranslar, yubileylər, nəşrlər, görüşlər və s. haqqında məlumatların əldə edilərək operativ işıqlandırılmasında böyük rolu olmuşdur. Bir çox respublika və beynəlxalq səviyyəli müxtəlif tədbirlərdə iştirak etmiş, sertifikatlarla təltif olunmuşdur.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: