Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İsveç Krallığının Azərbaycandakı səfirliyinin nümayəndəsi Mərkəzi Elmi Kitabxanada olub
01.05.2015 00:00
  • A-
  • A
  • A+

İsveç Krallığının Azərbaycandakı səfirliyinin nümayəndəsi Mərkəzi Elmi Kitabxanada olub

İsveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestad AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Görüşdə kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə qonağa məlumat verib. L.İmanova kitabxanaçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı prioritetlərdən də söhbət açıb.

T.Danestad gələcəkdə hər iki ölkənin kitabxanaları arasında səfirliklər vasitəsilə əməkdaşlıq əlaqələrini qurmaq təşəbbüsünü yüksək dəyərləndirib. Növbəti görüşlərdə MEK-də İsveç elm və ədəbiyyatının virtual sərgisinin təşkili və bu mövzuda mühazirələrin həyata keçirilməsinin mümkün olacağını bildirib. Diplomat İsveçdə Azərbaycan ilə bağlı məlumatların az olduğunu, gələcəkdə yaradılacaq əməkdaşlığın məlumat qıtlığını aradan qaldıracağına inandığını bildirib. Bu məqsədlə səfərlərin təşkilini məqsədəuyğun hesab edib.

Səfirliyin nümayəndəsi Nobel qardaşlarının Bakıya gələn ilk xarici neft sənayeçiləri arasında olmasından qürurlandığını ifadə edib.

L.İmanova bu il MEK-in oxucular üçün xidmətə başlayacağını diqqətə çatdırıb.

Sonra T.Danestad kitabxanada fəaliyyət göstərən sərgi və oxu zalları, nadir kitablar və şərq ədəbiyyatı fondları ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: