Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

AMEA Memarlıq və İncəsənət İnstitutunun 70 illik yubileyinə həsr edilmiş tədbir keçirildi
06.03.2015 00:00
  • A-
  • A
  • A+

AMEA Memarlıq və İncəsənət İnstitutunun 70 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

Martın 6-da AMEA-nın Əsas binasının konfrans zalında Memarlıq və İncəsənət İnstitutunun 70 illik yubileyinə həsr edilmiş “Azərbaycan və MDB ölkələri sənətşünaslığının aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirildi.

Rusiya, Qazaxıstan, Ukrayna, Özbəkistan və digər ölkələrdən olan alim və mütəxəssislərin iştirak etdikləri tədbiri giriş sözü ilə Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə açdı. Rəhbərlik etdiyi elm məbədinin yaranma tarixindən danışan Ə.Salamzadə institutun keçdiyi tarixi yola nəzər saldı, fəaliyyət göstərdiyi müddətdə Azərbaycan elminə verdiyi dəyərli töhfələrdən danışdı. Bildirdi ki, institut unikal, geniş elmi kadr potensialına malik çoxşaxəli elmi-tədqiqat qurumudur. Onun əsas tədqiqat istiqaməti Azərbaycan memarlıq və incəsənətinin tarixi və nəzəriyyəsinin bütün sahələrini araşdırmaqdır.

Ə.Salamzadə qeyd etdi ki, 1945-ci ildə institut yaradılarkən onun ilk direktoru Azərbaycanın böyük bəstəkarı, ictimai xadim Üzeyir Hacıbəyli olmuşdur: “Bu gün Memarlıq və İncəsənət İnstitutu öz inkişafının yeni mərhələsinə qədəm qoyur. Vaxtilə Üzeyir bəyin başçılığı ilə fəaliyyətə başlayan bu elm məbədi AMEA-nın 70 illik ərəfəsində həm də özünün 70 illiyini qeyd etməyə hazırlaşır.”

Sonra professorlar Fərəh Əliyeva, Ramiz Əbdülrəhimov və başqaları çıxış edərək əlamətdar gün münasibətilə Memarlıq və İncəsənət İnstitutunun əməkdaşlarını təbrik etdilər, onlara yeni uğurlar arzuladılar.

Konfrans öz işini bölmələr üzrə davam etdirdi.

Bölmələrdə “Azərbaycan incəsənətinin öyrənilməsi: tarix və müasirlik”, “Vatikan arxivlərində ilk dəfə təsvir etdiyimiz türkdilli əlyazmalar”, “Özbəkistan ənənəvi incəsənətində Tenqrinin işarə və rəmzləri”, “Qədim dövr və erkən köçərilər dövrü Qazaxıstan incəsənət tarixinin yaradılmasının nəzəri aspektləri”, “Səhnəqrafiya yaradıcılığı məntiq prizmasından”, “İnformasiya cəmiyyətində sənətşünaslığın aktual problemləri”, “Azərbaycan bəstəkarlarının operalarının miks janr mənşəyi haqqında” və s. mövzularda məruzələr dinlənildi, müzakirələr aparıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: