Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Böyük Britaniyanın “Transtek Kapital” şirkətinin nümayəndələri AMEA Fizika İnstitutunda olublar
11.03.2015 00:00
  • A-
  • A
  • A+

Böyük Britaniyanın “Transtek Kapital” şirkətinin nümayəndələri AMEA Fizika İnstitutunda olublar

Böyük Britaniyanın “Transtek Kapital” şirkətinin nümayəndələri Devid Layvsli və Mahmud Sinoplu AMEAFizika İnstitutunda olublar.

Məqsəd bu elmi müəssisənin innovativ fəaliyyəti, aparılan elmi tədqiqatlar, buradakı maddi-texniki baza ilə yaxından tanışlıq və gələcəkdə əməkdaşlıq imkanlarının müzakirəsi idi.

Qonaqlar əvvəlcə institutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüblər.

“Transtek Kapital” şirkəti haqqında məlumat verən M.Sinoplu bildirib ki, təmsil etdiyi qurumun əsas fəaliyyət istiqamətləri dünyanın müxtəlif ölkələrində aparılan innovativ tədqiqatlarla maraqlanmaq və onların maliyələşdirmə imkanlarını araşdırmaqdır.

Daha sonra qonaqlar İnnovasiya sektorunda fəaliyyət göstərən AFM (Atom Qüvvət Mikroskopu), “Keçirici Elektron Mikroskopiyası” (Transmission Electron Microscopy-TEM), EPR (Elektron Paramaqnit Rezonansı) və digər cihazlarla yaxından tanış olublar. İnstitutun İnnovasiya və Transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov “Cihaz strukturları və CdTe əsaslı nazik təbəqəli günəş elementlərinin yaradılma üsulları” mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edək ki, görüşdə institutun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, AMEA-nın müxbir üzvü Ənvər Nəhmədov, fizika-riyaziyyat elmləri doktoru Oqtay Qasımov və başqaları iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: