Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda “Açıq qapı” günü keçiriləcək
11.03.2015 00:00
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda “Açıq qapı” günü keçiriləcək

Martın 12-də saat 11:00-da AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunda Bakı Avropa Liseyinin şagirdləri üçün “Açıq qapı” günü keçiriləcək. Məqsəd şagirdlərin dünyagörüşünün formalaşdırılması, onlarda kimya elminə marağın artırılmasıdır.

Tədbir çərçivəsində şagirdlərə “Ağıllı-smart polimerlər” mövzusunda məruzə ediləcək, ”Əyləncəli kimya təcrübələri” nümayiş etdiriləcək, kimya fənni üzrə viktorina keçiriləcək və qaliblər tərifnamə ilə təltif olunacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: