Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəbatinin anadilli divanının surəti əldə edilib
10.03.2015 00:00
  • A-
  • A
  • A+

XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəbatinin anadilli divanının surəti əldə edilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyid Əbülqasim Nəbatinin Təbriz Mərkəzi Kitabxanasında saxlanan anadilli divanının surətini əldə edib.

Cəmi 287 səhifədən ibarət olan Nəbati divanının Təbriz nüsxəsində şairin Azərbaycan dilində yazdığı 12 qəsidə, 37 qəzəl, 50 rübai, 1 məsnəvi, 1 tərcibənd, 8 müstəzad, 1 müsəddəs, 11 dübeyt, 5 təkbeyt, 11 qoşma, 5 gəraylı, 5 təcnis, 1 müləmmə və farsca bir sıra şeirlər toplanıb. Əlyazmada şairin əsərlərinin Bakı nəşrlərinə düşməmiş bir sıra şeirləri vardır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: