Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Neft-Kimya Prosesləri İnstitutunda faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş təbdir keçirilib
30.04.2015 00:00
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş təbdir keçirilib

AMEA Neft-Kimya Prosesləri İnstitutunda 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbənin 70 illiyinə həsr olunmuş təbdir keçirilib.

Tədbirdə bu elm müəssisəsinin direktoru, akademik Vaqif Abbasov faşizm üzərində qələbədə Azərbaycan neftçilərinin, neft-kimya sənayesində çalışan insanların böyük rolundan danışıb. V.Abbasov azərbaycanlıların əllərində silah həm ön cəbhədə ölkənin müdafiəsinə qalxdığını, həm də arxa cəbhədə zavod və fabriklərdə, neft mədənlərində əzmlə çalışaraq cəbhəni neft məhsulları, döyüş sursatı ilə təmin etdiklərini söyləyib.

Sonra institutun laboratoriya müdiri, kimya üzrə elmlər doktoru Reyhan Əliyeva faşizm üzərində qələbədə Azərbaycan alimlərinin rolundan danışıb, bu sahədə akademik Yusif Məmmədəliyevin əməyini xüsusi qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: