Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.05.2015 00:00
  • A-
  • A
  • A+

AMEA-nın adlı mükafatları tanınmış alimlərə təqdim edilib

AMEA-nın adlı mükafatları tanınmış alimlərə təqdim edilib

AMEA-nın illik Ümumi yığıncağında elmin müxtəlif sahələrindəki xidmətlərinə görə fərqlənən alimlərə AMEA-nın adlı mükafatları təqdim edilib. Belə ki, Akademik Cəmil Əliyev Akademik Mirəsədulla Mirqasımov, akademik Telman Əliyev Nəsirəddin Tusi, akademik Musa Rüstəmov Akademik Yusif Məmmədəliyev, akademik Teymur Bünyadov Abbasqulu ağa Bakıxanov, AMEA-nın müxbir üzvü Zemfira Səfərova Akademik Üzeyir Hacıbəyli, akademik Tariyel Talıbov Həsən bəy Zərdabi və geologiya-mineralogiya üzrə elmlər doktoru Məmməd Çıraqov Akademik Musa Əliyev adına mükafatlarla təltif olunublar.

Qeyd edək ki, AMEA-nın adlı mükafatları üzrə müsabiqə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarına əsasən keçirilmişdir. Adlı mükafatlar elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa həvəsləndirmək, eləcə də Azərbaycanın bir sıra alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirmək məqsədilə təsis edilib. Bu mükafatlar müvafiq elm sahələri üzrə mühüm əhəmiyyətli fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə və ixtiralara görə verilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: