www.science.az
16.03.2015 00:00

Akademik Toğrul Şahtaxtinskinin 90 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçiriləcək

Oktyabrın 22-də AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutu tərəfindən kimyəvi reaksiyaların kinetikası və mexanizmi, karbohidrogenlərin katalitik çevrilmələri, kimyəvi proseslərin modelləşdirilməsi və optimallaşdırılması sahəsində görkəmli alim, AMEA-nın həqiqi üzvü Toğrul Şahtaxtinskinin 90 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçiriləcək.

Məqsəd son illərdə aparılmış tədqiqat işlərinin nəticələrinin ictimayyətə çatdırılması, informasiya mübadiləsinin təşkili və aparılan elmi işlərin əhəmiyyətinin, perspektivliyinin müəyyənləşdirilməsidir.

Konfransın əsas elmi istiqamətləri:

- Kimyəvi kinetika və kataliz;

- Kimya mühəndisliyi;

- Qeyri-üzvi materialşünaslıq;

- Neft emalı və neft-kimyəvi sintez;

- Üzvi kimya;

- Yüksəkmolekullu birləşmələr.

 

Tezislərin tərtibinə aşağıdakı tələblər qoyulur:

- Tezislər A4 formatda, diskdə (Microsoft Word for Windows, şrift ölçüsü 12pt, Times New Roman) 1 interval məsafə ilə çap olunmuş halda təqdim olunmalıdır;

- Tezis mətninin çərçivə ölçüləri: soldan və sağdan - 2sm, yuxarıdan - 3sm, aşağıdan – 2,5sm;

- Tezisin adı iri hərflərlə (12 şriftlə, qalın) çap olunmalıdır;

- Müəllifin adı, atasının adı və soyadı (12 şriftlə) və məruzəçinin soyadının altından xətt çəkilməlidir;

- İnstitutun, müəssisənin adı (kursiv, 11 şriftlə);

- Tezislər 1 səhifə həcmində olmalıdır;

Tezislər 15 aprel 2015-ci il tarixinədək müəllifin işlədiyi təşkilatın və ya müəssisənin rəhbərliyinin məktubu ilə qəbul olunur. 

Ünvan: Bakı şəh., Hüseyn Cavid pros. 113, Elmi informasiya və patent tədqiqatları şöbəsi, 4-cü mərtəbə

Əlaqə telefonu: (+994 12) 510 74 42, (+994 50) 592 26 63.

E-mail: chem@science.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.