Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.11.2013 00:00
  • A-
  • A
  • A+

AMEA Mərkəzi Elmi Kitabxanasında Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi

AMEA Mərkəzi Elmi Kitabxanasında Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi

Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Gənc alim və mütəxəssislər şurasının təsis yığıncağı keçirildi.

Tədbiri giriş sözü ilə açan MEK-in direktoru, filologiya üzrə elmlər doktoruAybəniz Əliyeva-Kəngərli AMEA Rəyasət Heyətinin 17 oktyabr 2013-cü ildə keçirilmiş iclasında Gənc Alim və Mütəxəssislər Şurasının yaradılmasına dair qərarın qəbul olunduğunu söylədi, Şuranın yaradılmasının əhəmiyyəti, məqsəd və vəzifələrindən söhbət açdı.

A.Əliyeva-Kəngərli kitabxanada çalışan gənclərin fəaliyyətindən danışaraq onların daha geniş miqyasda elmi və elmi-təşkilatı fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlərin görüldüyünü, mühüm dövlət proqramları çərçivəsində yerinə yetirilən layihələrdə fəal iştirak etdiklərini nəzərə çatdırdı. Bildirdi ki, hazırda MEK-də 40-a yaxın gənc kadr fəaliyyət göstərir.

Sonra namizədliyi irəli sürülmüş gənclər səsvermə yolu ilə kitabxananın yeni yaradılacaq Gənc Alim və Mütəxəssislər Şurasına üzv seçildilər.

Tərkibi 9 nəfərdən ibarət olmaqla Nərminə Abdullayeva Şuranın sədri, Validə Həsənova sədr müavini, Rəna Kazımova isə katib seçildi.

Sonda çıxış edən MEK-in elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova, elmi katib Qutlyera Cəfərova və başqaları gənc alimlərə gələcək fəaliyyətlərində uğurlar arzuladılar, kitabxananın elmi fəaliyyətində onların iştrakının önəmliliyini vurğuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
 
  • Paylaş: