Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA prezidenti Təcrübə-Sənaye Zavodunda görülən yenidənqurma işləri ilə tanış olub
16.03.2015 00:00
  • A-
  • A
  • A+

AMEA prezidenti Təcrübə-Sənaye Zavodunda görülən yenidənqurma işləri ilə tanış olub

AMEA prezidenti, akademik Akif Əlizadə AMEA-nın Təcrübə-Sənaye Zavodunda görülən yenidənqurma işləri ilə tanış olub.

AMEA rəhbərinə zavodun ərazisində müalicəvi və təbii ağ naftalan yağının alınması qurğusu, istehsal gücü və əhəmiyyəti haqqında məlumat verilib. Qeyd olunub ki, qurğunun iki ay müddətində tam istifadəyə verilməsi nəzərdə tutulur.

Sonra akademik Akif Əlizadə yerli xammal bazasına əsaslanan və müasir tələblərə cavab verən plastik sürtkü materiallarının istehsalı qurğusunun açılış mərasimində iştirak edib. Rəmzi lent kəsildikdən sonra qurğu işə salınıb. 

Tədbirdə, həmçinin zavodun ərazisindəki sexlərdə aparılmış təmir-tikinti və yenidənqurma işləri nəticəsində “Solidol”, “Litol 24” və “Floran YP-2” də daxil olmaqla 8 adda plastik sürtkü materialı, ümumilikdə isə 25 adda məhsulun istehsalı haqqında məlumat verilib.

A.Əlizadə zavodda “Bitum adgeziya qatqısı”nın alınması prosesi ilə də tanış olub. AMEA rəhbərinin diqqətinə çatdırılıb ki, asfalt-beton örtüklərinin keyfiyyətinin yaxşılaşdırılması və uzunömürlüyünun artırılması məqsədilə istifadə olunacaq qatqının aidiyyatı zavodlarda birbaşa istehsalata tətbiqi mümkündür. 

A.Əlizadə stendlərdə nümayiş olunan məhsulların elmimiz üçün mühüm nailiyyət olduğunu vurğulayıb. Bildirib ki, yeni növ solidol sürtküsü zavodda uzun sürən elmi-tədqiqat işlərinin uğurlu nəticəsidir. AMEA prezidenti görülən işləri yüksək qiymətləndirərək zavodun gələcək fəaliyyətinə dair tapşırıq və tövsiyyələrini səsləndirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: